AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib

Sentyabr 19, 2019 09:43

Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Milli musiqi günü  münasibətilə təntənəli tədbir keçirildi.Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
 
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd olunur: "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur, yüksək səviyyədə qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar bəxş edəcək".
 
Nazir bu musiqi bayramının tezliklə Üzeyir bəyin doğulduğu Şuşada keçiriləcəyinə əminliyini ifadə etdi. Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin adı ilə bağlı olan ənənəvi musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını vurğuladı: “Bu gün başlayan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”. 
 
Əbülfəs Qarayev sonda bir daha Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik etdi, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.
 
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə təhsil ocağının 100 illiyinin qeyd ediləcəyini dedi: "Azərbaycan musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən gənclərə müraciət edirəm. Mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar".
 
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək əlamətdar gün barədə danışaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələri qeyd etdilər. Vurğulandı ki, dahi bəstəkar Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsində böyük xidmətlər göstərib.
 
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı