AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağstafada mədəniyyət müəssisələrinin xalq yaradıcılığı sahəsindəki fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

Aprel 16, 2019 12:55

“Azərbaycan Xalq Yaradıcılığının 2019-cu 2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na, Mədəniyyət Nazirliyinin 2019-cu ilin I yarımili üçün İş Planına müvafiq olaraq Tovuz rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin xalq yaradıcılığı sahəsindəki fəaliyyətinə həsr edilmiş müşavirə keçirilmişdir.
 
Müşavirədə nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları, habelə Tovuz, Qazax və Ağstafa rayonlarının mədəniyyət mərkəzlərinin və digər klub müəssisələrinin və həmin müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəklərinin rəhbərləri iştirak edirdilər.
 
İlk olaraq adıçəkilən rayonlarda xalq yaradıcılığının inkişafı, qorunması, infrasturktunun cari vəziyyəti, görülməkdə olan və planlaşdırılan işlər barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun hesabatı dinləndildi. O, regionda xalq yaradıcılığının inkişafına göstərilən dəstək, gənc nəslə milli adət-ənənələrimizin, folklor yaddaşının aşılanması, qədim sənət növlərinin öyrədilməsi üçün mədəniyyət mərkəzləri, evləri və klublarının fəaliyyəti, potensial və perspektivləri barədə məlumat verdi.
 
Qeyd edildi ki, YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ Siyahısı”na daxil edilmiş Azərbaycan aşıq sənəti regionda böyük tarixi inkişaf yolu keçmiş və hazırda əhalinin böyük maraq dairəsində olan sənət növüdür. Hazırda bir neçə klub müəssisəsi folklor istiqamətində profilləşdirilmiş və bu müəssisələrdə aşıq sənətinin qeyri-formal təhsil şəklində dərnəklər, birliklər vasitəsilə tədrisin xüsusi önəm verilir. Bildirildi ki, regionda olan 124 klub müəssisəsində 113 dərnək vardır ki, bu kollektivlərdə ümumilikdə 1000 nəfərədək həvəskar yaradıcı şəxslər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, öz istedad və bacarıqlarını nümayiş etdirir, mədəniyyətin müxtəlif sahələri ilə yaxından tanış olur. Bundan başqa 20 bədii özfəaliyyət və iki xalq kollektivinin fəaliyyəti, onların respublika və region səviyyəli tədbirlərdə fəal iştirakı vurğulandı.
 
Müşavirədə nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov və şöbənin əməkdaşı Elgün Əliyevin Strateji Fəaliyyət Planında qeyri-maddi mədəni irsimizin qorunması, xalq yaradıcılığının inkişafı məqsədilə nəzərdə tutulan tədbirlər, bu sahədə müəssisələrin üzərinə düşən öhdəliklər barədə məruzələri dinlənildi. Kütləvi-mədəni tədbirlərin tədbirlərin, dərnəklərin təşkili zamanı müasir üsullardan, mədəniyyətin maarifləndirmə və təbliğat funksiyasından daha səmərəli istifadə barədə müvafiq tövsiyələr verildi.
 
Daha sonra aparıcı klub müəssisələrinin, dərnək və birliklərin rəhbərləri görülmüş işlər barədə çıxış etdi. Çıxışda həll olunmalı məsələlər və mədəniyyət sahəsinə sponsor vəsaitinin cəlb edilməsi ilə bağlı təkliflər səsləndirildi.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı