Tehranda Azərbaycanın “Muğam” instrumental ansamblının konserti olub
Fevral 15, 2019 09:51
İranda keçirilən 34-cü “Fəcr” Musiqi Festivalı çərçivəsində Tehranın “Niyəvəran” Mədəniyyət Mərkəzində Azərbaycanın “Muğam” instrumental ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa edilib. Ansamblın bədii rəhbəri, tarzən Sahib Paşazadənin və muğam ifaçısı Abgül Mirzəliyevin ifasında səslənən Azərbaycan xalq mahnısı “Sarı gəlin” xüsusi maraqla və sürəkli alqışlarla qarşılanıb.
Tamaşaçılar arasında hökumət və dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, xarici dövlətlərin İrandakı səfirliklərinin əməkdaşları, Azərbaycanın bu ölkədəki səfirliyinin kollektivi də olub.