AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı Özbək dilində məlumat yerləşdirilib

Yanvar 15, 2019 09:25

Azərbaycanın mədəniyyətinin təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir. Artıq ölkəmizə dair Özbək dilində bir sıra yeni məlumatlar hazırlanmış və istifadəçilərə təqdim olunmuşdur. 

Bu işin davamı olaraq,  Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı haqqında Özbək dilində məlumat yerləşdirilib. Məlumatda Azərbaycanda unikal, ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi barədə qeyd edilmişdir.

Qeyd edək ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında yerləşdirilmiş məlumatı bu linkdən əldə etmək olar.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı