AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik həsabat qəbul olunmuşdur

Dekabr 14, 2018 15:07

Məlum olduğu kimi, 2018-ci ilin 11-14 dekabr tarixində Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir.
 
Sessiyada Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AR YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də AR Mədəniyyət Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak edir.
 
Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat nəzərdən keçirilmişdir. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənmişdir. 
 
Qeyd etmək lazımdır ki, hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapmışdır. 
 
YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcəkdir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı