AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sumqayıt Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi keçirilib

Noyabr 02, 2018 09:23

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Göyərçin abidəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş "Göyərçin uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.
 
Müsabiqəyə Uşaq İncəsənət Məktəblərinin və rəsm dərnəyinin şagirdləri qatılıb.  Rəsmlər peşəkar münsiflər tərəfindən nəzərdə tutulan nominasiya üzrə seçilib.
 
Müsabiqənin qalibləri  noyabr ayında  keçiriləcək "Göyərçin -40" adlı tədbirdə elan olunacaq və mükafatlandırılacaq. 

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı