Salyan rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “DAMA” art-studiyasında “Şairin taleyi” adlı mini-tamaşanın premyerası baş tutub
Oktyabr 23, 2018 12:30
Salyan rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “DAMA” art-studiyasında “Şairin taleyi” adlı mini-tamaşanın premyerası və “Kür” instrumental ansamblının ilk konserti baş tutub. Tamaşa XVIII əsrin ictimai-siyası hadisələrinə, Molla Vəli Vidadi və Molla Pənah Vaqif münasibətlərinə həsr olunub.
Tamaşadan sonra “Kür” instrumental ansamblının ilk konserti başlayıb. Konsertdə Balaş Zamanov, Natiq Məmmədov, Mirağası Abdullayev, Rəşad Aydınoğlu, Murad Bəşirov və başqalarının ifasında xalq və bəstəkar mahnıları dinlənilib.
Tədbir rayon ziyalıları və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Art-studiyanın tamaşaları başqa şəhərlərdə də davam edəcək.