AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunda “Rənglərin festivalı” adlı sənətkarlıq yarmarkası təşkil olunmuşdur

May 08, 2018

"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğu və "Ateshgah Art Center"-in birlikdə təşkilatçılığı ilə 2018-ci il 5 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə “Rənglərin festivalı” adlı sənətkarlıq yarmarkası təşkil olunmuşdur.

Tədbirə Azərbaycanın bölgələrindən 80-dən artıq sənətkar qoşulmuşdur. Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki və s. rayonlardan gələn sənətkartların əl işləri Sənətkarlıq Yarmarkasında nümayiş olunmuşdur. Azərbaycan xalq sənət növlərinin bir çox  sahələri: misgərlik, zərgərlik, taxta üzərində oyma işləri, xalça, kilim, tikmə, toxuma, keramika işləri və s. işlər xarici qonaqlara yüksək səviyyədə nümayiş olunmuşdur. Tədbir zamanı "AyArt studio"nun 100-dən çox rəsm əsəri sərgilənmişdir.

Heydər Əliyev adına müasir təhsil kompleksi 23 nəfərlik heyəti ilə canlı tikmə üsulu, Bakı Oxford məktəbi keramikadan əl işlərinin hazırlanması texnologiyası nümayiş olunmuşdur. 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı, 87 nömrəli  orta məktəbin müəllim və şagird kollektivi isə musiqi və əyləncə nömrələri ilə çıxş etmişdirlər.

Sənətkarlıq yarmarkasında Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdirlər. Ümumilikdə tədbirdə 1030 nəfər iştirak etmişdir. Onlardan 200 nəfəri xarici, 418 nəfəri məktəbli, 412 nəfəri isə yerli vətəndaş olmuşdur.


Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı