AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toxucu Yeganə Sövzalıyeva

Masallı rayonu Həsənli kənd sakini Yeganə Sövzalıyeva toxucudur. “ABAD”ın dəstəklədiyi sənətkar 15 yaşından bu sahə ilə məşğuldur. O, əvvəllər daha çox gündəlik istifadə məqsədilə toxuculuq məmulatları hazırlasa da, sonralar müxtəlif bəzək əşyaları hazırlayaraq bu işi həm də gəlir mənbəyinə çevirib. 30 ildən artıq toxucu kimi fəaliyyət göstərən Yeganə xanım öz evində müxtəlif tərtibatlarda papaq, şərf, corab, uşaq paltarları hazırlayaraq, yaşadığı kənd daxilində satışa çıxarır. Satış həcminin az olmasına baxmayaraq o, bu işdən zövq aldığını bildirir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı