Xalça ustası İradə Məmmədova
Məmmədova İradə Nadir qızı 1973-cü ildə Şəmkir şəhərində anadan olub. 1980-ci ildə Füzuli məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi bitirib. Hələ uşaq yaşlarından xalçaçılığa maraq göstərən İradə Məmmədova gənc vaxtlarından xalça toxumağa başlayıb. 2017-ci ilin avqust ayından “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında çalışır.