AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Elnarə Quliyeva

Quliyeva Elnarə Ağaverdi qızı 1969-cu il noyabr ayının 20-də Şabran şəhərində anadan olub. 1976-1987-ci illərdə Şabran şəhər 1 nömrəli orta məktəbdə təhsil alıb. Hələ uşaq yaşlarından xalçaçılığa maraq göstərib. Xalça toxumağı ilk olaraq anasından öyrənib. Məktəbi bitirdikdən sonra “Pirəbədil” xalça emalatxanasında fəaliyyətə başlayıb.
 
2018-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabranda təşkil etdiyi tədris-hazırlıq kurslarında iştirak edərək xalçaçılığın sirlərinə dərindən yiyələnib. 2018-ci ilin dekabr ayından “Azərxalça” ASC-nin Şabran filialında çalışır. 

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı