AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Əminə İsmayılova

İsmayılova Əminə Güloğlan qızı 1984-cü ildə Sisyan rayonunun Qızılşəfəq kəndində anadan olub. 1990-2001-ci illərdə Naxçıvan şəhər 4 nömrəli orta məktəbdə təhsil alıb.

Əminə İsmayılova xalça toxumağı anasından öyrənib. 2012-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Xalçaçı” kursunu bitirərək sertifikat alıb. 2018-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində təşkil etdiyi tədris-hazırlıq kursunda bilik və bacarıqlarını daha da təkmilləşdirib. Həmin ilin dekabr ayından “Azərxalça”nın Naxçıvan filialında çalışır. O, nümunəvi xalçaçı olduğu üçün 2019-cu ilin may ayında “Azərxalça” ASC-nin fəxri fərmanı ilə təltif edilib.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı