AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xanəndə Qoçaq Əsgərov

Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. İlk dəfə  altı yaşında ikən doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başlayır. Peşəkar müğənni olmağı arzulayan Qoçaq valideynlərindən xəbərsiz musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlayan müharibə və ardınca Qarabağın ermənilər tərəfindən işğalı onun musiqi ilə məşğul olmasına mane olur. Digər yüzlərlə ailələr kimi onun ailəsi də ölümdən xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalır. Bakıya yerləşməzdən əvvəl onlar bir neçə il bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı olurlar. Bütün bu çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qalır.
 
1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul olur. 2004-2008-ci illərdə Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal ixtisası üzrə təhsil alır. Gənc xanəndə titulunun sahibi olmaq üçün o, tələbəlik dövründə, daha doğrusu 2006-cı ildə Birinci Muğam Milli Televiziya Yarışında iştirak edir və onun qaliblərindən biri olur.
 
Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etmək üçün dəvət alır. Bu onun beynəlxalq debütü, eyni zamanda ilk solo konserti idi. 2009-cu ildə BBC Radiosu onu Londonun Çarlton-parkında düzənlənmiş səhnədə çıxış etməyə dəvət edir. Həmin il Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq musiqi festivalında da iştirak edir və qalib gəlir.
 
Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, məsələn, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012 ), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış edir. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılır. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verir; onlar albom barəsində "Gözəl albom və istedadlı musiqiçi" yazısını yerləşdirərək sənətçiyə yüksək qiymət vermişlər.
 
Qoçaq Əsgərov 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 2019-cu ildə isə prezident mükafatına layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı