Sənətkar Rüstəmova Səbinə Hidayət qızı
Dekorativ-tətbiqi sənət nümunələrinin işləməsi və toxuculuq sənəti ilə məşğuldur. Xammal olaraq soyuq və isti silikon, sintetik saplardan, ev şəraitində dekorasiyalar üçün soyuq farfordan, figurların hazırlanması üçün balıqqulaqlarından istifadə edir. Dekorasiyalar maket və eskizlər üzərində icra olunur. Qusar rayonunda keçirilən müxtəlif sərgilərdə və İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Bakı şəhərində keçirilən sərgilərdə iştirak etmişdir.