AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xaçmaz rayon Xalq Teatrı

H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xaçmaz rayon Xalq Teatrı 2015-ci ildə yaranıb. Yarandığı gündən Xalq teatrı R.Əlizadənin "Vicdansız", "Diqqət, başlayıram", "Keçəlin toyu", C.Məmmədquluzadə və Ə.Haqverdiyevin felyetonları əsasında yazılmış "Yuxu", Tahir Yəhyayevin "Ay nədəndir, nədəndir", "Kişidir bu", "Gəldim sizi görməyə", Ə.Qurbanovun "Dost dara düşəndə" pyeslərini hazırlayıb məktəblilər və rayon əhalisi qarşısında oynamışdır. O cümlədən, kollektiv Quba və Qusar rayonlarında keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Xaçmaz rayon Xalq Teatrı 2017-ci ilin iyun ayında Bakı şəhərində keçirilən II Respublika Xalq Teatrları Festivalında I yerə layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı