AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sənətkar Üzeyirov İldırım Kərim oğlu

İldırım Kərim oğlu Üzeyirov 1964-cü il oktyabrın 29-da Goranboy rayonunda anadan olmuşdur. 1987-ci ildə Qəmbər Hüseynli adına Gəncə Musiqi Məktəbində tar müəllimi və orkestr rəhbəri ixtisasına yiyələnmişdir. Naftalan şəhər Uşaq Musiqi Məktəbində 30 illik iş təcrübəsi var. İxtisası tar müəllimi və orkestr rəhbəridir. Bundan əlavə, tar, kamança, saz və cəng alətlərini hazırlamaqla da məşğuldur. Hazırda respublikada cəng alətini hazırlayan yeganə sənətkardır. Ev şəraitində emalatxanası var. Alətləri qoz və tut ağaclarından hazırlayır. İctimai, Lider, ATV və Xəzər telekanallarında dəfələrlə haqqında müsahibələr və məlumatlar yayımlanmışdır. "Mədəni-maarif" jurnalında haqqında məqalə verilmiş, ATV telekanalında “Tanıdım səni” verilişində iştirak etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı