Sənətkar Səfərova Nərminə Nəbi qızı
Səfərova Nərminə Nəbi qızı 1996-cı il sentyabrın 18-də Goranboy rayonu Xanqərvənd kəndində anadan olub. 2002-2010-cu illərdə Xanqərvənd kənd tam orta məktəbində təhsil alıb, 2015-ci ildə Gəncə Dövlət Humanitar Kollecini Dizayn ixtisası üzrə bitirib. Dekorativ əl işlərinin hazırlanması ilə məşğuldur. Əl işlərinin hazırlanmasında müxtəlif ölçülü və rəngli kağızlar, kağız kleyi, ”PVA” kleyi, silikon yapışdırıcılar, müxtəlif ölçülü və rəngli kartonlar, sadə və zərli keçə, müxtəlif ölçülü iynələr, müxtəlif ölçülü və rəngli parçalar, lentlər, muncuqlar və pilələr, şəffaf plastik lövhələr, qayçı, emalatxana ülgücü, silikon tapança və elektrikli tikiş maşınından istifadə edir. Bir sıra əl işləri təhsil aldığı kollecdə sərgilənir. Onun əl işləri iki dəfə ümumrayon sərgisində, telekanallarda müxtəlif verilişlərdə nümayiş olunmuşdur. 2016-cı ilin may ayından Goranboy rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində işləyir. Mədəniyyət sahəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edir.