Qarqucaq folkor kollektivi
Folklor kollektivi 2015-ci ildə Goranboy rayon Qarqucaq kənd Folklor evinin nəzdində fəaliyyətə başlamışdır. Kollektivin 8 üzvü vardır. Kollektiv rayon və respublika festivallarında müntəzəm çıxışlar edir. Folklor kollektivi əsasən milli mətbəx və etnoqrafik nümunələr nümayiş etdirir. Göstərilən səhnədə məişət elementlərindən, toy və el şənliklərində, əkin-biçin mövsümlərində söylənilən söyləmələrdən istifadə olunur. Məsələn, zəmi biçimində “Sarı sünbülüm, orağı götür biç, sünbülüm”, yaylaq mövsümündə “İnəyim, qızıl inəyim, südü bal inəyim”, gəlin evdən köçən zaman “Getdiyin ev ruzili olsun, çörəkli, duzlu olsun” və sair folklor deyimlərindən istifadə olunur. Kollektivin çıxışları müxtəlif telekanallarında nümayiş olunmuşdur.