Sənətkar Həsənova Məhbubə Zaman qızı
Həsənova Məhbubə Zaman qızı Gəncə şəhər Mədəniyyət Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyinin rəhbəridir. Dərnəkdə ərazidə yerləşən 41, 17, 15 saylı orta məktəbin şagirdlərinə dekorativ-tətbiqi sənətin sirləri aşılanır. Onlara kətan, yağlı boyalar, şüşə, biser, çay daşları, gil, molbert, kibrit çöpləri, yapışqan, iynə, sap, rəngli yumaqlardan müxtəlif dekorasiyaların hazırlanması öyrədilir. Məhbubə Həsənova 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, şəhərdə keçirilən Novruz el şənliklərində, şəhər günlərində, Şərab festivallarında, Gül bayramlarında, həmçinin Bakı şəhərində keçirilən Novruz şənliyində və beynəlxalq turizm sərgilərində mütəmadi iştirak etmişdir. Daily News-un 4 aprel 2015-ci il nəşrində onun fəaliyyəti ilə bağlı məqalə və foto şəkillər dərc olunmuşdur. Onun fəaliyyətinə dair "Qafqaz Turizm" jurnalında “Daş, kibrit, çərdək və kömrün rəngləri”, "Haray" jurnalında “Mən öz dünyamı tapdım”, "Gəncə" jurnalında “Məbubə Həsənova” başlıqlı məqalələr dərc olunmuş və əsərlərindən ibarət fotoşəkillər verilmişdir.