M.Ə.Sabir adına Balaxanı qəsəbə Xalq Teatrı
M.Ə.Sabir adına Balaxanı qəsəbə Xalq Teatrı 1967-ci ildə yaranmışdır. Yarandığı gündən dövlət tədbirlərində, festivallarda, Novruz şənliklərində müxtəlif tamaşalarla çıxış etmişdir. 2010-cu ildə Bakı şəhər Xalq Teatrları Festivalında “Şah Abbas və üç bacı” tamaşası ilə çıxış etmiş və “Ən fəal xalq kollektivi” nominasiyası üzrə fəxri fərmanla təltif edilmişdir. 2014-cü ildə Bakı şəhər Xalq Teatrları Festivalında “Bizim kəndin xınayaxdısı” adlı tamaşaya görə birinci dərəcəli diplomla, 2015-ci ildə keçirilmiş festivalda isə “Tıq-tıq xanım” tamaşasına görə fəxri fərmanla təltif edilmişdir. 2017-ci ildə II Respublika Xalq Teatrları Festivalında teatr “Heykəl danışır” tamaşası ilə çıxış etmiş və “Ən yaxşı kompozisiya” nominasiyası üzrə diplomla mükafatlandırılmışdır.