AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

H.Abbasov adına Xalq Teatrı

Ömrünün əlli ildən çoxunu teatr sənətinə həsr etmiş Hacıməmməd Qafqazlı 1922-ci ildə dram dərnəyi yaratmışdır. O, kəndin bir çox cavanlarını başına toplayaraq onları teatra cəlb etmişdir. Maştağada indiki mədəniyyət evinin yerində əvvəllər bir neçə dükan mövcüd idi. Hacıməmməd Qafqazlı burada dram dərnəyi yaratdıqdan sonra bu dükanları birləşdirib səhnə etmiş və orada teatr tamaşaları vermişdir. Həmin dövrdə Maştağada Ə.Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”, A.Şirvanzadənin “Namus”, H.Cavidin “Knyaz”, C.Cabbarlının “Oqtay Eloğlu”, ”Aydın”, sonrakı illərdə isə “1905-ci ildə”, “Almaz”, ”Sevil”, ”Qaçaq Nəbi” pyesləri tamaşaya qoyulmuşdur. Sonralar Maştağa mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinə təcrübəli rejissorlardan Məmmədkamal Kazımov, Qurbanəli Mürsəlov başçılıq etmiş, Sultan Məcid Qənizadənin “Xor-xor”, “Dursunəli və Ballıbadı” vodevillərini, Altay Məmmədovun “Yadındamı” əsərini tamaşaya qoymuşlar. 1981-ci ildə teatr S.S.Axundovun “Tamahkar” əsərinin tamaşasına görə Respublika yaradıcılıq müsabiqəsində birinci yer tutmuşdur.
 
H.Abbasov adına Mədəniyyət evinin dram dərnəyi “Vətən daşları” adlı tamaşa ilə 2011-ci ildə Bakı Şəhər Xalq Teatrları Festivalında birinci yer tutmuş və “Ən yaxşı rejissor” nominasiyasında diplomla təltif olunmuşdur. 2011-ci ildə dram dərnəyinə “Xalq kollektivi” adı verilmişdir. 2015-ci ildə keçirilmiş Bakı Şəhər Xalq Teatrları Festivalında xalq kollektivi “Hacı Qəmbər“ tamaşası ilə ikinci yerə layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı