AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

H.Sarabski adına Xalq Teatrı

H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə xalq teatrı Azərbaycan dramaturgiyasının inciləri olan Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, M.S.Ordubadinin “Beş manatlıq gəlin”,  X.Əliyevin “Xan bəzəmə oyunu” və digər əsərlərlə çıxış etmişdir. 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasına görə diplomla, 2015-ci ildə Bakı Şəhər Xalq Teatrları Festivalında fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı