Ağadadaş Qurbanov adına Xalq Teatrı
Binəqədi Mərkəzi Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Ağadadaş Qurbanov adına Xalq Teatrı 1970-ci ildə yaranmışdır. Xalq teatrı Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunmuş “Baxış“ müsabiqəsində, II Respublika Xalq Teatrları Festivalında fəxri fərmanla təltif olunmuşdur. Fəaliyyət göstərdiyi müddətdə xalq teatrı müxtəlif tipli əsərlər –“Dost dara düşəndə” (Ə.Qurbanov) nağıl-pyesini, “Dursunəli və Ballıbadı” (S.M.Qənizadə), “Mürafiə vəkilləri” (M.F.Axundov) komediyalarını, “Zəhrimar” (A.Kəngərli) bir pərdəli pyesini və s. səhnələşdirmişdir. “Qanun naminə”, “Savalan”, “Ədalət və həqiqət”, “Carçı”, “Sərbəst” və digər qəzetlərdə xalq teatrının fəaliyyətinə həsr olunmuş məqalələr dərc olunmuşdur.