AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Festivalı

Nümunənin reyestr kodu : FM0401020008

“Festivalı” və ya “Gümrü” iki hissəli yallıdır. Rəqs həm Naxçıvanda, həm də İrəvan bölgəsində oynanılan yallı havalarındandır. Yallının ilk adı “Gümrü” olmuşdur, lakin müxtəlif ölkələrdə keçirilən festivallarda tez-tez nümayiş olunduğu üçün Sovet dövründə “Festivalı” adlandırılmışdır. Şur ladında səslənən yallının birinci hissəsi 2/4 ölçüsündə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə, tez (allegro) tempdə nota alınıb.

“Festivalı” kişi və qadınlardan ibarət qarışıq qrup halında oynanılır. Azərbaycan yallılarının araşdırıcısı Kamal Həsənovun yazığına görə, yallı ilk musiqisini itirdiyindən günümüzdə “Şərur” yallısının musiqisi ilə müşayiət olunur. “Festivalı” asta və sürətli tempdə oynanılan iki hissədən ibarətdir. İştirakçılar “Şərur” yallısında olduğu kimi əllərini bir ifaçıdan bir arxadan birləşdirməklə onu ifa edirlər.