Dırqoyu
Nümunənin reyestr kodu : FM0401010004
“Dırqoyu” – qırqovul sözünün təhrif olunmuş variantıdır. Bu yallı Azərbaycanın müxtəlif bölgələrində “Qaleyi”, “Siyaqutu” adı ilə də tanınır. Süjetli yallılardan sayılan “Dırqoyu” rəqsinin birinci hissəsində qanadı qırılmış quşun obrazı iştirakçıların hərəkətlərində özünü göstərir. Rəqsin cəld ifa olunan II hissəsində iştirakçılar quş uçuşunu xatırladan hərəkətlər edirlər. Burada qanadı sağalmış quşun uçmağa hazır olduğu təsvir edilir. Məhz bu hissə “Siyaqutu” adlanaraq, həm də ayrıca bir yallı kimi də oynanılır. Müstəqil yallı kimi ifa edilən “Siyaqutu” əvvəlcə orta tempdə, sonra get-gedə tezləşərək oynanılır. Onu da qeyd etmək lazımdır ki, bu yallını yalnız kişilər oynayır.