AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xələfi

Nümunənin reyestr kodu : FM0401020007

“Xələfi” – iki hissəli rəqs yallısıdır. Şur ladında səslənən rəqsin birinci hissəsi 3/4 ölçüsündə (moderato), ikinci hissəsi isə 6/8 ölçüsündə (presto) nota alınıb. Bu yallını həm kişilər, həm də qadınlar oynayırlar, yaxud qarışıq halda da oynanılır.

İştirakçılar barmaqlarını birləşdirib, dirsəklərini qucaqlayaraq bir-birinə sıx düzülürlər. Dəstənin önündə gedən yallıbaşının əlində yaylıq olur. Hərəkət sağ ayaqla başlayır, iki addımdan sonra sağ ayağın ucu yerə vurulur və ayaq tam şəkildə yerə basılır. Sonra sol ayağın ucu yerə vurulur, qabağa atılıb yerə basılır və ritmə uyğun olaraq yenidən qaldırılaraq ani göydə saxlanılır. Bütün bunlardan sonra hərəkət yenidən sağ ayaqla davam etdirilir.