AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xudafərin körpüləri

Oktyabr 07, 2020 15:18

Cəbrayıl rayonun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən iki Xudafərin körpüsü var. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı Xudafərin (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı Xudafərin (inv. 13) körpüsü isə XIII əsrdə inşa olunmuşdur.
 
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.
 
Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl şəhəri və rayonun bir neçə kəndini 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.

Günün nümunəsi

Daşyonan

Daşyonma bəsit istehsal formasından tutmuş monumental-dekorativ sənət səviyyəsinədək mürəkkəb inkişaf yolu keçən daşişləmə sənətkarlıq sahəsinə aiddir. Hörgü inşaat texnikasının meydana gəlməsi, yeni məişət və təsərrüfat vasitələrinə tələbatın artması nəticəsində daşişləmə sənətinin bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq və s. kimi sahələri, peşə növləri yaranmışdır. Bu peşələr ara...

Ətraflı