AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Milli Kitabxana “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgini təqdim edib

Avqust 26, 2020 15:38

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə muğamsevərlər üçün eyniadlı virtual sərgini təqdim edib.
 
Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilib, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd edilən bu bayram bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə öz yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır.
 
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr tam mətnləri ilə təqdim olunur.
 
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı