AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Muğam axşamları” layihəsi davam edir

Yanvar 22, 2020 16:46

Beynəlxalq Muğam Mərkəzinin sevilən və tamaşaçılar tərəfindən böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti yanvarın 25-də reallaşacaq.
 
AZƏRTAC xəbər verir ki, həmin gün sevilən xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva “Çahargah” muğamını təqdim edəcəklər.
 
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamımız təqdim edilib.
 
Layihənin il boyu davam edəcək konsertlərində də “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.
 
Konsertlərə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzləri və iticket.az saytından əldə etmək olar.

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı