AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mədəniyyət Nazirliyi 2019-cu ilə yekun vurdu

Dekabr 28, 2019 15:22

Dekabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Kollegiya iclasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi.

Nazir müavinləri, nazirliyin Aparat işçiləri və strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirak etdiyi iclası açan Əbülfəs Qarayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, kollegiya iclasının gündəliyinə beş məsələ daxil edilib. Bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin 650 və böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı sərəncamlarına uyğun olaraq hazırlanmış tədbirlər planlarının icrası, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər barədə məruzə, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında məsələlər və nazirliyin 2020-ci ilin birinci yarısının iş planının təsdiq edilməsidir.

Nazir çıxışında 2019-cu ilin uğurları sırasında nazirliyin elektron xidmətlərinin də olduğunu qeyd etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) bu istiqamətdə dünya miqyasında nümunəvi layihələrdəndir (http://medeniyyet.az/page/news/51113/Medeniyyet-Nazirliyi-2019cu-ile-yekun-vurdu.html).

Günün nümunəsi

Çarıqçı

Çarıq bir ayaqqabı növü kimi qədimdən əhalinin geyiminə daxil idi. Bu baxımdan çarıqçılıq peşəsinin tarixi digər ayaqqabı növləri üzrə ixtisaslaşmış (çəkməçi, çustçu və s.) peşələrlə müqayisədə daha qədimdir. Çarığın geniş yayılmasının səbəbi bu ayaqqabı növünün kifayət qədər ucuz, çox sadə ölçü və biçimli olması idi. Hər bir kəndli özü asan başa gələn çarıq tiksə də, kəndlərdə 3-5 nə...

Ətraflı