AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ölkəmiz UNESKO-da təşkil edilən beynəlxalq konfransda təmsil olunub

Dekabr 09, 2019 16:28

Fransanın Paris şəhərində – UNESKO-nun mənzil-qərargahında “Dil texnologiyaları hamı üçün: dünyada linqvistik çeşidlilik və multilinqvizmin təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

BMT-nin 2019-cu il üçün elan etdiyi “Yerli dillərin beynəlxalq ili” çərçivəsində təşkil olunan konfrans UNESKO Katibliyi, qurumun “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramı (İFAP), Xantı-Mansiysk Avtonom Dairəsi – Uqra Hökuməti (Rusiya Federasiyası) və Avropa Dil Resursları Assosiasiyasının (ELRA) əsas təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq tədbir kiberməkanda linqvistik çeşidliliyin və dilin qorunmasının fəlsəfi, siyasi, sosial-mədəni, iqtisadi, təhsil və digər aspektlərinin müzakirəsinə həsr olunub. Konfransda UNESKO-ya üzv ölkələrin mədəniyyət siyasəti, informasiya texnologiyaları, sosiologiya, politologiya, fəlsəfə, futurologiya, iqtisadiyyat, diplomatiya, idarəetmə, jurnalistika sahələri üzrə aparıcı ekspertləri iştirak edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli "Multilinqvizmin fəlsəfi anlamı" mövzusunda məruzəsi ilə çıxış edib.

Beynəlxalq tədbirin nəticələrindən Azərbaycanda mədəni sərvətlərin kiberməkanda təmsil olunmasının sürətləndirilməsində, tarixi-mədəni çeşidlilik ənənələrinin təqdim edilməsində və əldə olunmuş nailiyyətlərin təbliğində istifadə edilməsi planlaşdırılır.

Günün nümunəsi

Çayçı

Azərbaycanda qədim zamanlardan bəri müxtəlif otlar, giləmeyvələr qaynadılıb dəmlədilərək isti halda içilirdi. Bu dəmləmələr həm süfrə içkisi, həm də müalicəvi məqsədlərlə istifadə olunurdu. XIX əsrdən Azərbaycanda çay bitkisindən istifadə yayılmış, əsrin sonunda Lənkaran qəzasında çay bitkisi becərilməyə başlanmışdır. İnsan orqanizmi üçün şəfaverici xüsusiyyətlərə malik olması çayı tez...

Ətraflı