AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan I Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalında uğurla təmsil olunub

Sentyabr 17, 2019 09:43

Özbəkistan Respublikasının Kokand şəhərində 2019-cu ilin 10-15 sentyabr tarixində I Beynəlxalq Kokand Xalq Tətbiqi İncəsənət Festivalı keçirilmişdir. Festivalda Azərbaycanın beş xalq tətbiqi-dekorativ sənət ustası iştirak etmişdir. Ölkəmizin stendi öz dizaynı, sənətkarlıq məhsullarının hazırlanma texnologiyası, milli geyimlərimiz ilə yerli və xarici qonaqların diqqət mərkəzində olmuşdur. Azərbaycan xalçaları, ağac və taxta üzərində oyma nümunələri, kəlağayılar, təkəlduz, miniatür suvenirlər, ipək üzərində rəsm əsərləri tədbirdə nümayiş olunmuş, həmin nümunələrin hazırlanması əyani şəkildə göstərilmiş, ustad dərsləri təşkil edilmişdir.
 
Qeyd edirik ki, festival çərçivəsində əl işlərinin müxtəlif nominasiyalar üzrə müsabiqəsi keçirilmiş, beynəlxalq münsiflər heyəti tərəfindən yetmiş səkkiz ölkədən iştirakçı sənətkarların əsərləri qiymətləndirilmişdir. Azərbaycan təmsilçiləri təsis edilmiş 11 nominasiya içərisində qaliblər sırasında olmuşlar. Ölkəmizi təmsil edən sənətkar Nahid Vahabovun əl işləri “Ən canlı sənət işi” nominasiyası üzrə qalib sayılmış və pul mükafatına layiq görülmüşdür.

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı