AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən bədii axşam təşkil olunub

Sentyabr 03, 2019 13:41

Sentyabrın 2-də Vyanada keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycana həsr olunan bədii axşam təşkil olunub.
 
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib.
 
Azərbaycanın həm müasir incəsənət, həm də ənənəvi-milli incəsənət nümunələri bədii axşamın proqramına daxil edilib.
 
Tədbirin həmtəşkilatçısı Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) rəhbəri Yosipa Palaç uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təşəkkür edib, beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun inkişafı üçün keçirdiyi layihələrə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
 
Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “LOST LAND” videoinstallasiyası təqdim olunub. Çörək, onun Azərbaycan cəmiyyətində qəbul olunan simvolik və məcazi xüsusiyyətləri, eləcə də insanın çörəyi itirməklə qarşılaşdığı fəlakətli vəziyyətin əks olunduğu görüntülər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
 
Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan “Bir günəş altında” sənədli filmi nümayiş edilib.
 
Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “Ağ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub. Rəqqasların ifası tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatı tərəfindən keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi sentyabrın 6-dək davam edəcək.

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı