AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub

İyul 03, 2019 17:24

İyulun 3-dən sentyabrın 30-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub. Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş edilib.
 
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Xalça muzeyi ilə Luvr muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanın tarixi ilə əşyaları təhlil edək. Nəticədə isə xarici ölkələrin muzeylərində Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyaların olduğunun şahidi oluruq.
 
Nazir qeyd edib ki, Xalça muzeyində Luvrda saxlanılan üç Azərbaycan xalçası nümayiş olunur. “Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqının aid olan bu xalçaların saxlanması faktı mövcudddur. Mərasimə gələn nüfuzlu qonaqların qarşısına bu faktı qoymaqla mədəniyyətimizi nümayiş etdiririk”, - deyə Ə.Qarayev əlavə edib.
 
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, bu, hər iki dövlət arasında əməkdaşlığın göstəricisidir. Luvr və Xalça muzeyi arasında olan bu unikal tədbir hamı üçün çox maraqlıdır və bu gün bu qeyri adi xalçaları kəşf edirik. Bu tədbir Parislə Azərbaycan arasında olan münasibətləri nümayiş etdirir.
 
Daha sonra Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq, YUNESKO və Azərbaycan Xalça Muzeyi arasında olan mövcud əməkdaşlığın bariz nümunəsi kimi əhəmiyyətli layihələrdən söz açmışdır. O, bugünkü tədbirin Luvr Muzeyi ilə ilk birgə layihə olduğu və sərgidə XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid nadir Azərbaycan xalçalarının nümayiş olunması haqqında məlumat verdi. Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.
 
Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı