AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı Özbək dilində məlumat yerləşdirilib

Yanvar 15, 2019 09:25

Azərbaycanın mədəniyyətinin təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir. Artıq ölkəmizə dair Özbək dilində bir sıra yeni məlumatlar hazırlanmış və istifadəçilərə təqdim olunmuşdur. 

Bu işin davamı olaraq,  Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı haqqında Özbək dilində məlumat yerləşdirilib. Məlumatda Azərbaycanda unikal, ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi barədə qeyd edilmişdir.

Qeyd edək ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında yerləşdirilmiş məlumatı bu linkdən əldə etmək olar.

Günün nümunəsi

Ornamentlər

Ornamentlərə romb, kvadrat, çoxbucaqlı ulduz, həndəsiləşmiş nəbati elementlərdən ibarət müxtəlif həndəsi fiqurlar, insan və heyvan təsvirləri daxildir. Müxtəlifliyinə baxmayaraq bunlar aşağıdakı qruplara bölünür: həndəsi, nəbati, zoomorf və antropomorf təsvirlər. Həndəsi ornamentlər qədimliyi ilə seçilir. Belə ornamentlərə Tunc dövrünə aid (e.ə. III-II minillik) keramika və metal mə...

Ətraflı