AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sumqayıtda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib

Dekabr 04, 2018 09:30

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.
 
Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə dəstəyi, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşkilatçılğı ilə keçirilib.
 
Festivalda Azərbaycan və Gürcüstanı təmsil edən folklor kollektivləri və rəqs ansablılarının kollektivləri bir-birindən maraqlı geniş konsert proqramı ilə çıxış ediblər.
 
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblının (bədii rəhbər: Vüqar Cəfərov), “Atəşgah” rəqs qrupunun (bədii rəhbər: Murad Paşayev) ifasında Azərbaycan rəqsləri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
Sonra festival iştirakçıları diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
 
Konsertin sonunda festivalın təşkilatçısı, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədli çıxış edərək göstərdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinə təşəkkürünü bildirib.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı