AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi təşkil edilib

Noyabr 15, 2018 16:50

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 və yaradıcılığının 50 illiyi qeyd olunub.
 
AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə Təhmiraz Şirinovun ifasında səslənən mahnılardan ibarət videoçarx nümayiş olunub.Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov, S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun sənət yolu haqqında məlumat veriblər.

Sonda Xalq artisti Adil Bağırovun rəhbərliyi altında Ə.Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının müşayiət ilə, Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifaları dinlənilib.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı