AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çinli aşpazların Bakıda ustad sinifləri keçirildi

May 22, 2018 14:00

Azərbaycan Milli Kulinariya Assosiasiyası və Konfutsi İnstitunun təşkilatçılığı ilə 12 saylı peşə litseyində çinli aşpazların ustad sinifləri təşkil olundu.

Tədbirin keçirilməsində məqsəd Çin mətbəxinin öyrənilməsi və azərbaycanlı mütəxəssislərə onun nümayişi olmuşdur. Tədbirdə Konfutsi İnstitutunun direktorları xanım Li Jihua, Rafiq Abbasov, "Great Wall Chinese Restaurant" və aşağıda adları çəkilən xarici mütəxəssislər iştirak etdi: Li Chang Rong, Zhang Min, Fan Jia Hao, Chen Qian Qiu. Tədbirdə peşəkar mütəxəssislərlə yanaşı Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Turizm məktəbi, Bakı qida sənaye kolleci, 5 saylı peşə litseyi, 12 saylı peşə litseyinin tələbə və müəllim heyəti də iştirak etdilər. Sonda qonaqlar diplom və hədiyyələrlə mükafatlandırıldı

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı