AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərpaşa Nemətov: Şəki beynəlxalq teatr festivalının sərhədləri genişlənir

May 14, 2018

Şəkidə artıq üçüncü dəfədir keçirilən beynəlxalq teatr festivalının sərhədləri getdikcə genişlənir. 2014-cü ildə reallaşan birinci festivalda iki xarici ölkə teatrı iştirak edirdisə, builki festivala 7 ölkədən kollektivlər gəlib. Festivalda iştirak etmək arzusunda olan ölkələr isə daha çox idi. Sevindirici haldır ki, festivalın iştirakçıları arasında hətta Latın Amerikasından olan kollektiv də var. Bu, onu göstərir ki, Şəki festivalına maraq ildən-ilə artır.

Bu fikirləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Şəki festivalının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində atılan önəmli addımlardan biri olduğunu vurğulayan Teatr Xadimləri İttifaqının sədri bildirib ki, festival günlərində teatrsevərləri Şəki ilə yanaşı, Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə də maraqlı tamaşalar gözləyir.

Günün nümunəsi

Türbə

Türbə sözü türk mənşəli olub, “türbət” – yəni, “duran” (“dayanan”) ev, “daimi ev” anlamına gəlir. Dünya memarlığının ən gözəl və möhtəşəm abidələri sırasında türbə adlanan memarlıq kompleksinin xüsusi yeri olmuşdur. Keçmişdə türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, dünya şöhrətli şair-mütəfəkkirlərin, əmirlərin, vəzir və hərbi rəhbərlər...

Ətraflı