AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ucar

Rayon haqqında məlumat

Ucar rayonunun adı haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxarinin "Məmləkətlərin yolları" kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun Azərbaycanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq, vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir. Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, 1840-ci ildə Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanın mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayında Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.
 
1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edilmişdir. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləğv edilərək, onun ərazisi, yəni 856 km2 sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunaraq Ucardan ayrılmışdır.
 
Ucarda 17 mədəniyyət evi, 8 klub, 40 kitabxana, Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Uşaq İncəsənət Məktəbi, həmçinin 3 istirahət parkı fəaliyyət göstərir. Rayonda özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi məqsədilə 2016-cı ilin may ayında “İstedadlar axtarırıq” devizi altında mədəniyyət və folklor evlərinin, klubların bədii özfəaliyyət kollektivlərinə ümumrayon baxış müsabiqəsi keçirilmişdir. 20 iyul 2016-cı il tarixdə Şəki şəhərində III Beynəlxalq Milli Şirniyyat Festivalında rayonun mədəniyyət işçiləri fəal iştirak etmiş, düyü halvası nominasiyası üzrə 2-ci, 27 avqust 2016-cı il tarixdə Qəbələ şəhərində IV Beynəlxalq Qəbələ Mürəbbə Festivalında isə rayonun milli mətbəx irsinə aid olan mürəbbələr nümayiş etdirilmiş, mürəbbələrin çeşidlərinin sayı üzrə də 2-ci yerə layiq görülməklə 5 nəfər iştirakçı Festivalın diplomu ilə təltif edilmişdir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.