AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Arxeologiya və Etnoqrafiya İnstitutu

Arxeologiya və Etnoqrafiya İnstitutu 1993-cü ildə yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. 
 
Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir. Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.
 
Hazırda İnstitutda “Daş dövrü”, “Eneolit və ilk tunc dövrü arxeologiyası”, “Tunc və ilk dəmir dövrləri arxeologiyası” , "Azərbaycan antik dövr arxeologiyası", Numizmatika”, "Tarixi etnoqrafiya", "Müasir dövr etnoqrafiyası", "Etnososioloji tədqiqatlar", "Elmi ekspozisiya" şöbələri, "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi", "Çöl tədqiqatları", "Azərbaycanda arxeoloji abidələr toplusu", "Arxeoloji texnologiya", “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi”, “Xalçaşünaslıq” sektorları fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı