AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sabirabad rayon Mədəniyyət Mərkəzi

1976-cı ildən fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Evi Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması haqqında” 29 aprel 2015-ci il tarixli əmrinə əsasən 2015-ci ildən Mədəniyyət Mərkəzi adlandırılmışdır.
 
Mədəniyyət Mərkəzinin ikimərtəbəli binasında əsaslı təmir işlərinə 2013-cü ilin aprel ayında başlanmış və həmin ilin dekabrında başa çatdırılmışdır. 15 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı Mərkəzi binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
 
Binanın ümumi sahəsi 3204 kv m-dir. Burada 1 mühazirə zalı, 370 nəfərlik tamaşa zalı, foye və sərgi zalları, 4 dərnək otağı, 1 rəqs zalı və 20 inzibati otaq vardır. Bina Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin balansındadır. Binada Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı var. Musiqi alətləri otağı, rəqs zalı, ədəbiyyat, muğam, təsviri incəsənət dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.   
 
Mədəniyyət Mərkəzində ştat cədvəli üzrə çalışan işçilərin ümumi sayı 13 nəfərdir. Mədəniyyət işçilərinin sayı 5, texniki işçilərin sayı isə 8 nəfərdir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının dəstəklənməsi və təbliği Mərkəzinin fəaliyyətində əsas yer tutur.
 
Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində 12 yaradılma fəaliyyət göstərir Bunlardan 2-si xalq kollektivi (A.İsgəndərov adına Xalq teatrı, Q.Quliyev adına Xalq çalğı alətləri ansamblı), konsert-təşviqat briqadası, 1 Folklor kollektivi (“Xanım” xınayaxdı folklor qrupu), 3 dərnək (rəqs, bədii qiraət, rəsm dərnəkləri), 5 yardılma (“Ədəbi məclis” poeziya həvəskarlar birliyi, “Muğam” maraq klubu, “Asan xidmət” könüllülərindən ibarət mahnı-teatr qrupu, “Mübarizlər” əlillərdən ibarət bədii özfəaliyyət teatrı, “Yaşa” bədii özfəaliyyət rəqs qrupu) və “İlk tibbi yardım” kursu fəaliyyət göstərir.
 
Sabirabad rayon Mədəniyyət Mərkəzi və onun filiallarındakı müəssisələrin ümumi sayı 35-dir. Azərbaycanın qeyri maddi mədəni irsinin qorunması, dəstəklənməsi, mədəniyyətin təbliği istiqamətində aparılan islahatların sürətləndirilməsi, klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədi ilə Mərkəzin filialları qismində fəaliyyət göstərən 11 klub müəssisəsinin profilləşdirilməsi aşağıdakı kimi təsdiq edilmişdir. Bu müəssisələrdən 2-si sənətkarlığa, 5-i yaradıcılığa, 4-ü folklor evinə aiddir. Mədəniyyət müəssisəsinin filiallarında 6 bədii özfəaliyyət kollektivi, 22 dərnək və kurs fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

İçkilər

Azərbaycan mətbəxinə məxsus ənənəvi içkilər alkoqolsuz və çoxçeşidli olması ilə seçilir. Azərbaycan süfrəsində istifadə olunan alkoqolsuz içkilərin bir qismi (çay, qəhvə, meyvə şirələri, ayran, atlama, körəməz, ovduq) gümrah​laşdırıcı və sərinləşdirici xüsusiyyətlərə malikdir. Əsasən, bu içkilər yağlı xörəklərin yaxşı həzm edilməsində faydalı olduğu kimi, insan oranizmində maddələr müb...

Ətraflı