AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Gönaşılama”, “Kürkçü” və “Məşşatə” peşələrinin məlumat bazası formalaşdırılıb

İyun 26, 2020 13:01

Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan daha 3 nümunənin – “Gönaşılama”, “Kürkçü” və “Məşşatə” nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:

 
 

Onu da qeyd edək ki, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 700-dən artıq qeyri-maddi mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilib.

Günün nümunəsi

Karvansara

Tarixi Azərbaycan ərazisi coğrafi mövqeyi və iqtisadi resurslarına görə çox qədim zamanlardan dünya ölkələri arasındakı iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynamışdır. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək Yolu Azərbaycanı dövrün beynəlxalq ticarətinə qovuşdurmuş, dünya ölkələri arasında qədim zamanlardan mövcud olan iqtis...

Ətraflı