AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qubada xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin ilk mərhələsi keçirildi

May 27, 2019 13:53

25 may 2019-cu il tarixində Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin birinci mərhələsi keçirilmişdir.

Müsabiqədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak etmişdir.
 
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirilməyə əsasən uğur qazanan şagirdlər 7-9 iyun 2019-cu il tarixində Bakı şəhərində keçiriləcək müsabiqənin ikinci turunda iştirak etmək şansı əldə etmişdir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı