AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan aşıqları Beynəlxalq Baxşi festivalında ikinci yeri tutublar

Aprel 11, 2019 16:25

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı başa çatıb. Festivala dünyanın 74 ölkəsindən gələn 160-dan çox baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb.
 
Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov və “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyev təmsil ediblər.
 
Festival çərçivəsində aşıqlarımızın çıxışları alqışlarla qarşılanıb.
 
Festivalda birinci yeri Özbəkistanın baxşi ustaları tutub. “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci mükafata layiq görülüb. Onlara diplomlar və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri tutublar.
 
Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.

Günün nümunəsi

Alqışlar

Azərbaycan folklorunun arxaik janrlarından hesab olunan alqışlar ritual təsəvvürlərdən qaynaqlanan qəlib sözlərdən ibarətdir. Qədim təsəvvürlərə görə, pis söz insanlara uğursuzluq gətirdiyi kimi, yaxşı söz insanlara xoşbəxtlik, sağlamlıq, uğur gətirir. Sözün təsir gücünə inanan qədim insanlar dua-sənalarının Allah tərəfindən qəbul olunacağına inanırdılar. Alqışlar praktik məzmunlu ol...

Ətraflı