AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nazirlik tərəfindən Rayon (Şəhər) Heydər Əliyev Mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

Aprel 09, 2019 09:36

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır.
 
Məsələ ilə əlaqədar, cari ilin 8 aprel tarixində Bakı şəhəri Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilmişdir.
 
İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və bu kimi məsələlər müzakirə olunmuşdur.
 
Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə veb-portalın hazırlanması ilə məşğul olan müvafiq İT-şirkətinin nümayəndələri, Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin direktorları və veb-portalın təşkili ilə məşğul olacaq operatorlar iştirak etmişlər.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı