AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəkidə “Novruz təranələri” baxış-müsabiqəsinin yekun konserti keçirilib

Aprel 02, 2019 17:18

Aprelin 1-də Şəki M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində “Novruz Təranələri” ənənəvi baxış-müsabiqəsinin 40 illiyinə həsr olunmuş müsabiqə qaliblərinin yekun konserti baş tutmuşdur. Azərbaycanın milli musiqi dəyərlərini təbliğ  etmək, yetişən gənc nəsildə bu dəyərlərə dərin məhəbbət hissi aşılamaq və istedadların üzə çıxarılması məqsədini daşıyan müsabiqə 2019-cu ilin mart ayının 1-dən 11-ə qədər davam etib. Müsabiqədə Şəki şəhərinin və kəndlərinin 200-dən artıq umumtəhsil məktəblərindən cəlb edilmiş  yeniyetmə gənclər iştirak etmiş və onların arasından ən istedadları seçilərək mükafatlara layiq görülmüşlər.
 
Tədbirdə Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov və Təhsil şöbəsinin metodisti Rəşad Rəşidov çıxış edərək, müsabiqənin bədii özfəaliyyət dərnəklərinin inkişaf etdirilməsi, mədəni-maarif müəssisələrinin işinin daha da yaxşılaşdırılması, Azərbaycan milli musiqisinin, xalq yaradıcılığının, folklor və müasir rəqs janrının təbliği sahəsində müstəsna əhəmiyyəti olduğunu qeyd ediblər.
 
Sonra qaliblərin ifasında geniş konsert proqramı təqdim olunub. Münsiflər heyətinin üzvləri ayrı-ayrılıqda I, II, III yerlərin sahiblərini elan ediblər, qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.
 
Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Göybulaq folklor klubunun rəqs qrupu III, Qudula kənd folklor klubunun “Qönçə” folklor kollektvi, B.Axundov adına folklor evinin “Bənövşə” rəqs kollektvi, V.İbrahim adına şəhər folklor evinin bədii qirayətçiləri II, Baş Küngüt kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektvinin üzvü, saz ifaçısı  Murad Məmmədrəhimov və İ.Salmanov adına şəhər folklor klubunun bədii qirayət dərnəyinin üzvü Zümrüd Əliyeva I yerlərə layiq görülüblər. N.Bədəlov adına şəhər folklor evinin folklor kollektvi isə həvəsləndirici mükafatla təltif olunub.
 
Sonda Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxış edərək, müsabiqədə iştirak edən yarışmaçıların hər birinə və münsiflər heyətinə bahar ovqatlı konsert proqramının təşkilinə görə öz minnətdarlığını bildirib.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı