AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qədim Şərq və Qərb musiqisinə həsr olunmuş gecə keçiriləcək

Mart 11, 2019 17:00

16 mart 2019-cu il tarixində Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək.
 
Tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.
 
Saat 19:00-da isə Avstriyalı professor Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun rəhbərliyi altında “Əsrlərin sədası“ ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti təşkil olunacaq.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı