AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsi elan olunur

Yanvar 07, 2019 17:52

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti  18-29 yaş kateqoriyasında olan gənc, istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edir.

Milli naxış və ornamentlər mövzusuna həsr olunan  müsabiqə gənc, istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları  tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü,  ənənə və dəyərlərimizi yaşatmaq məqsədini daşıyır.

Müsabiqədə iştirak etmək arzusunda olanlar  ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə 15 fevral 2019-cu il tarixinədək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər. 

I, II, III yer üzrə müsabiqə qalibləri pul mükafatı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş diplom və sertifikatlarla təltif olunacaqlar.

 

Əlaqələndirici şəxslər : Vüqar Məmmədov (012) 498 19 94,

                                    Elvira Məmmədova (050) 342 00 43.  

Günün nümunəsi

Bicar nəğmələri

Əkinçilik və taxılçılıq üçün çox münbit şərait olan Azərbaycanda çəltikçiliyin qədim tarixi vardır. Mil və Muğan ərazisindən, xüsusən Beyləqan şəhərinin xarabalıqlarından X əsrə aid mədəni təbəqədən çoxlu miqdarda çəltik dənləri tapılmışdı. Xeyir və şər mərasimlərində, ümumiyyətlə milli mətbəximizdə düyü xörəklərindən geniş istifadə onun Azərbaycanda əsas ərzaq məhsullarından biri old...

Ətraflı