AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakıda “Kəlağayı: Dünən, bu gün, sabah” adlı sərgi açılıb

Dekabr 21, 2018 15:31

Dekabrın 20-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə “Kəlağayı: Dünən, bu gün, sabah” adlı sərgi açılıb. Tədbirdə sərgi ilə bağlı məlumat verilib.
 
Bildirilib ki, sərgi özündə Azərbaycan və xarici muzeylərdən və şəxsi kolleksiyalardan olan nadir materialları, muzey təcrübəsi sahəsində innovasiyaları birləşdirir. Sərginin əsas diqqət mərkəzində maarifləndirici və interaktiv komponentlər dayanır. Sərgidə ölkənin ən ucqar bölgələrindən toplanmış eksponatlar qismində, gənc kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılov tərəfindən qədim kəlağayılar təqdim edilir.
 
Qeyd edilib ki, ziyarətçilər ilk dəfə olaraq Gürcüstanın muzeylərindən təqdim edilmiş arxiv fotolarına tamaşa etməklə yanaşı, həmçinin oyunlar oynayaraq Çinarə Məcidovanın müəllifi olduğu videomaterial vasitəsilə kəlağayı müxtəlif geyim üsullarını öyrənə biləcək və hətta seminara yazılmaqla özünün mini kəlağayısını hazırlamaq imkanı əldə edəcəklər.
 
Sərginin məsləhətçisi psixologiya üzrə fəlsəfə doktoru, Rəna İbrahimbəyovadır. Basqaldakı Kəlağayı Muzeyindən sərgiyə kəlağayılar və nadir qəliblər (ştamplar) gətirilib. Qəlib kolleksiyası Milli Azərbaycan Tarix Muzeyindən təqdim edilmiş materiallarla tamamlanır.
 
Vurğulanıb ki, eksponatların hazırlanması bir neçə ay çəkən sərgiyə dair materiallar Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
 
Qeyd edək ki, sərgi ziyarətçilər üçün gələn il mayın 15-dək açıq olacaq.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı